Ərdoğan Putindən üzr istədi

Ərdoğan Putindən üzr istədi

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, məktubda ikitərəfli münasibətlərin bərpasının vacibliyi vurğulanıb.

Dmitri Peskov Ərdoğanın "Su-24"un vurulması ilə bağlı Putindən "üzr istədiyi"ni də söyləyib.

Türkiyə mətbuat isə yazır ki, Ərdoğan Putinə məktubunda təyyarənin vurulması hadisəsindən təəssüfləndiyini vurğulayıb.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR