Ərdoğan azərbaycanlı deputata təşəkkür etdi

Ərdoğan azərbaycanlı deputata təşəkkür etdi
  • DÜNYA

 "Türkiyənin terrorizmə qarşı mübarizədə qətiyyətli olduğuna inanmayanlara "Zeytun budağı” əməliyyatı faktiki bir nümunə olar bilər”.

"Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan yanvarın 26-da Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilat sədlərinin genişləndirilmiş toplantısında bildirib.
"Bu gün əməliyyatın 7-ci günüdür və artıq 343 terrorçu zərərsizləşdirilib. Bunlar təsbit olunanlardır. Kandilə gedib orada deyilənləri qaynaq edənlərin terrora qarşı çıxış etdiklərini görmədik. Atdığımız addım haqlıdır. Biz haqq bildiyimiz yolda sonunadək gedəcəyik. Bizə əməliyyatı tez başa çatdırın deyirlər. Siz 20 ildir Əfqanıstanda, 18 ildir İraqdasınız. Terror qruplaşmaları ABŞ bayraqları ilə burada fəaliyyət göstərir. Bunu necə izah edəcəksiniz? Biz bu işləri ABŞ-la birlikdə görmək istəyirik. Ancaq 5 min TIR silah kimə qarşı yönəltmək üçün bölgəyə gətirilir? Vətəndaşımız bizdən bunu soruşur. ABŞ vətəndaşları 2 min yük təyarrəsi, 5 min TIR silahın bölgəyə göndərilməsi üçün vergi ödəyir? Türkiyənin Suriyanı işğal etdiyini deyənlərin nəzərinə çatdırıram ki, gedin istilanı Liviyada axtarın" - o vurğulayıb. 
Türkiyə prezidenti həmçinin azərbaycanlı deputat Səməd Seyidovun AŞPA-da Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatına dəstək çıxışına görə təşəkkür edib: "Azərbaycanlı deputat Səməd Seyidova AŞPA-dakı çıxışına görə təşəkkür edirəm".  
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın qış sessiyası çərçivəsində "Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatını dəstəkləyib. 
Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR