Ərdoğan: "Azərbaycana dəstək verəcəyik, cənab İlham Əliyevlə danışıqları davam etdirirəm"

Ərdoğan:

"Minsk qrupunun həmsədri olan üç ölkə hardasa 30 ildir ki bu məsələni həll edə bilmir. İşin bu nöqtəyə gələcəyi bəlli idi"
Aktual.az  "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. 
"Ermənistan işğalçıdır. Ermənistanın işğalı, bilirsiniz, illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Mən cənab İlham Əliyevlə danışıqları davam etdirəm. Sonuncu dəfə dünən ordan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq", - o əlavə edib.
Xəbər 698 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR