Ərdoğan: "Almaniya 100 min namibiyalını qətlə yetirib"

Ərdoğan:

Ölkə.Az "Daily Sabah" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yenə də Almaniyanı tənqid atəşinə tutub.

Türkiyə lideri İstanbulun Sabahattin Zaim Universitetində çıxışı zamanı deyib:

"Almaniya! Bir daha təkrar edirəm. Siz 100 mindən çox namibiyalının qətliamına görə cavab verməlisiniz. Mən sizə Holokostu xatırladıram. "Erməni soyqırımı" barəsində fikir yürütməli olan ən son ölkə Almaniyadır. Bizim tariximiz kütləvi soyqırımlar tarixi deyil. Osmanlı öz mərhəmətiylə tarixdə ad qoyub və bu bizi Almaniyadan fərqləndirən cəhətdir",- deyə o vurğulayıb.

Qeyd edək ki, Namibiya soyqırımı 1904-1907-ci illərdə Almaniyanın koloniya qoşunları tərəfindən Cənub Qərbi Afrikada xalq üsyanı yatırılarkən törədilib. Bu qanlı faciə nəticəsində Qerero və Nama tayfalarının əhalisinin 80%-i məhv edilib. 2004-cü ildə Almaniya Namibiyada soyqırım faktını etiraf edib.

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR