Ərdoğan 3 milyondan çox suriyalı qaçqını geri qaytarır

Ərdoğan 3 milyondan çox suriyalı qaçqını geri qaytarır
  • DÜNYA

Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək.
 
Trend-in məlumatına görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq”.
Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16″ təyyarələri də cəlb olunub.
 
Aktual.az
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR