Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib
  • İDMAN

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.
Aktual.az-ın məlumatına görə, A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu "Bavariya”nın qonağı olub. Münhenlilər Harri Keynin son dəqiqələrdəki dublu sayəsində minimalhesablı qələbə qazanıblar. Qrupun digər qarşılaşmasında "Mançester Yunayted” Danimarkada "Kopenhagen”ə uduzub.
Baş tutan matçlardan sonra 4 komanda - "Bavariya”, "Real”, "Real Sosyedad” və "İnter” 1/8 finala vəsiqəni rəsmiləşdiriblər.
Qeyd edək ki, ötən gün "Mançester Siti” (İngiltərə) və "Leyptsiq”in (Almaniya) pley-offda iştirakı dəqiqləşib.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
8 noyab
r
A qrupu
"Bavariya” (Almaniya) – "Qalatasaray” (Türkiyə) 2:1
"Kopenhagen” (Danimarka) – "Mançester Yunayted” (İngiltərə) 4:3
Xal durumu: "Bavariya” – 12, "Kopenhagen” – 4, "Qalatasaray” – 4, "Mançester Yunayted” – 3.
B qrupu
"Arsenal” (İngiltərə) – "Sevilya” (İspaniya) 2:0
PSV (Niderland) – "Lans” (Fransa) 1:0
Xal durumu: "Arsenal” – 9, PSV – 5, "Lans” – 5, "Sevilya” – 2.
C qrupu
"Napoli” (İtaliya) – "Union” (Berlin, Almaniya) 1:1
"Real” (İspaniya) – "Braqa” (Portuqaliya) 3:0
Xal durumu: "Real” – 12, "Napoli” – 7, "Braqa” – 3, "Union” – 1.
D qrupu
"Real Sosyedad” (İspaniya) – "Benfika” (Portuqaliya) 3:1
"Zaltsburq” (Avstriya) – "İnter” (İtaliya) 0:1
Xal durumu: "Real Sosyedad” – 10, "İnter” – 10, "Zaltsburq” – 3, "Benfika” – 0.

Xəbər 196 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR