Pensiyaların sığorta hissəsi artırıldı

Pensiyaların sığorta hissəsi artırıldı

Prezident İlham Əliyev "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Aktual.az-ın xəbərinə görə, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
Aktual.az
Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR