Elşən Musayev: “ASAN” Xidmət cənab prezidentin layihəsidir

Elşən Musayev:  “ASAN” Xidmət cənab prezidentin layihəsidir

Fevralın 20-də Milli Məclis və "ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən "Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi çərçivəsində tədbir iştirakçılarının parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, o cümlədən, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşü keçirilib.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, belə görüşlərə ciddi ehtiyac var. A.Mirzəzadə bu cür görüşlərin keçirilməsinin həm də parlament rəhbərliyinin diqqətində olduğunu bildirib.

 

Tədbirdə iştirak edən millət vəkili Elşən Musayev isə "ASAN” Xidmətin və "ASAN Könülləri”nin ölkə prezidentinin ideyası olduğunu və onun təşəbbüsü ilə reallaşdırıldığını diqqətə çatdırıb. O, bildirib ki, bu model artıq dünyanın bir çox dövlətlərinin də ciddi şəkildə marağına səbəb olub: "Onlar da bu modellə maraqlanır və özlərində tətbiq etmək istəyirlər. Çünki çox uğurlu, çox effektiv modeldir. Bu, özü bir daha onu göstərir ki, ölkəmiz düzgün yoldadır”.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı da öz növbəsində bu gün ölkədə gənclərə öz potensiallarını gerçəkləşdirmək üçün hər cür şərait və imkanlar yaradıldığını bildirib:

 

"Məhz bu imkan və şəraitin nəticəsidir ki, parlamentdə belə bir görüş keçirilir. Ancaq hansı ki, bizim vaxtımızda, gənclik, yeniyetməlik dövrümüzdə nəinki parlamentdə olmaq, hətta, onun binasının həndəvərinə yaxınlaşmaq belə mümkün, əlçatan deyildi. Bu, bizim üçün əlçatmaz bir məsələ idi. Ancaq özünüz də şahidsiniz ki, indiki gənclik, yeniyetmələr üçün hansı şərait yaradılır”. //modern.az

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR