“Elmlər Akademiyası”nın əsas çıxışı bağlanır

“Elmlər Akademiyası”nın əsas çıxışı bağlanır

“Elmlər Akademiyası” metrosunun birinci çıxışı təmirə dayanır.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Bildirib ki, çıxışın təmirə dayanması metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması ilə əlaqəlidir: ““Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır”.



N.Paşayev qeyd edib ki, “Elmlər Akademiyası” stansiyasının II vestibülü (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Xəbər 1160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR