Elmira Axundova çətin durumda – Ciddi rəqiblər

Elmira Axundova çətin durumda  – Ciddi rəqiblər

Mərkəzi Seçki Komissiyası V çağırış parlament seçkilərinə rəsmən start versə də, əksər namizədlər hələki imzatoplama kampaniyasına başlamayıb.

Bəzi ekspertlər buna səbəb kimi, Yeni Azərbaycan Partiyasının namizədlər siyahısını açıqlamamasını göstərsə də, digər qənaətdə olanlar, namizədlərin hələki prosesi müşahidə etdiyini söyləyənlər də var.

Heç kimə sirr deyil ki, bəzi dairələrdə rəqabət ağır olacaq. Bu dairələrdən biri də, 71 saylı Masallı kənd seçki dairəsidir.

Bu dairədə dörd ciddi iddialı marafona qatılacaq ki, hansının qalib gələcəyinə dair indidən fikir yürütmək olduqca çətindir.

Xatırladaq ki, hazırda bu dairədən deputat Elmira Axundovadır. Son dövrlər oğlu Həbib Axundovun biznes əlaqələri mətbuatda geniş müzakirə olunan millət vəmkili bu dəfə də seçkilərdə iştirak etmək niyyətindədir.

Əldə etdiyimiz məlumata görə, xanım deputat nə az-nəz çox, düz dörd ciddi rəqiblə mübarizə aparmalı olacaq.

Namizədlərdən biri Konstutisiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevdir. Ötən seçkilərdə Elmira Axundovanın əsas rəqibi olmuş, ondan öncə isə Yasamal seçicilərini parlamentdə təmsil etmiş Ə.Nuriyev bu dəfə seçkilərin favoriti olmaqda israrlıdır.

Digər namizəd 1991-1992 və 1993-2000-ci illərdə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, biznesmen Teymur Yəhyayevdir. Uzun müddətdir küncə çəkilən və Rusiyada biznes və diaspor fəaliyyətilə məşğul olan T.Yəhyayev də bu dairədən şansını sınamaq istəyir.

Digər namizəd E.Axundovadan öncə bu dairədən deputat olmuş Vəsadət Əzizovdur. Hazırda Azərbaycan Dövlət Tibb Universitetinin professoru işləyən V.Əzizov da deputat olmaq iddiasındadır.

YAP-ın isə bu dairədən Şirziyad Abdullayevin namizədliyini irəli sürəcəyi gözlənilir. Onun hakim partiyanın namizədi olması xanım deputatın şanslarını daraldır.

Nəzərə alanda ki, həm Əliməmməd Nuriyevin, həm Teymur Yəhyayevin, həm də Vəsadət Əizovun hakimiyyət daxilində ciddi əlaqələri və rayonda nüfuzları var, bu faktor Elmira Axundovanın əleyhinə işləyir.

Eyni zamanda Teymur Yəhyayevlə Əliməmməd Nuriyev eyni kənddən – Masallının ən böyük kəndi Ərkivandandırlar. Vəsadət Əzizov də Teymur Yəhyayevlə dostdur. Onların sonda vahid namizədlə çıxış edəcəyi halda Elmira Axundovanın məğlubiyyəti qaçılımaz olacaq.

Adnan/Aktual.az

Xəbər 8813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR