"Seymur Həzinin rəzil açıqlaması bir tək onun deyil, həm də təmsil etdiyi AXCP-nin və anti-milli ünsürlərin başında gedən Əli Kərimlinin mövqeyidir. Bunlar Türk düşmənləridir, bunlar agentlərdir, bunlar PKK-nın Azərbaycandakı missionerləridir!”
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Yəqin bu yaxınlarda Əli Kərimli PKK təbliğatçısı olan HDP ilə qardaşlıq müqaviləsi də bağlayar, onlara daha böyük qucaq açar. Hətta AXCP adından açıqlama versələr ki, özümüzü HDP-nin Azərbaycandakı nümayəndəliyi elan edirik, yenə təəccüblənmərəm. Bilirsinizmi niyə? Çünki Əli Kərimlinin Abdullah Öcalandan, Seymur Həzinin isə Səlahəddin Demirtaşdan heç bir fərqi yoxdur. Hamısı eyni ruhda, eyni təfəkkürdədir. Hamısı eyni bezin qırağıdır. Hamısı faşist xislətindədir.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 5480 dəfə oxunub.