Ələtdə aeroporta ehtiyac yoxdur - Taleh Ziyadov

Ələtdə aeroporta ehtiyac yoxdur   - Taleh Ziyadov

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən logistika mərkəzinə inteqrasiya edəcək.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə deyib.

O bildirib ki, hazırda Ələt limanında yüklərin hava yolu ilə daşınması üçün aeroportun açılmasına ehtiyac yoxdur: “Heydər Əliyev Beynəlxalq Aeroportunda beynəlxalq istiqamətdə yüklər daşınır. Yüklərin sayının artacağı təqdirdə bir aeroport kifayət etməzsə biz bu haqda təklif hazırlayacağıq. Lakin indiki mərhələdə aeroportumuz bu sahədə öz işin kifayət qədər gözəl yerinə yetirir. Bakı Limanı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən logistika mərkəzinə inteqrasiya edəcək”, - deyə T.Ziyadov vurğulayıb.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR