General polkovnik-leytenantı və 55 hərbi qulluqçunu işdən çıxartdı

General polkovnik-leytenantı və 55 hərbi qulluqçunu işdən çıxartdı

Xidməti müşavirədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin "Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Aktual.az "Report"a istinadən xəbər veri ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub
Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib", deyə müşavirdə vurğulanıb. 
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR