Əfqanıstan prezidentinin ABŞ-a səfəri təxirə salınıb

Əfqanıstan prezidentinin ABŞ-a səfəri təxirə salınıb
  • DÜNYA

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Vaşinqtona nəzərdə tutulan səfərinin təxirə salındığı açıqlanıb.

"Report” "ToloNews”a istinadən xəbər verir ki, elə bu gün dövlət başçısının 13 nəfərlik nümayəndə heyətilə Vaşinqtona gedəcəyi, bazar ertəsi günü ABŞ prezidenti Donald Trampla görüşəcəyi bildirilmişdi.
Ötən gün ABŞ ilə "Taliban” hərəkatı arasında "prinsipcə” razılaşdırıldığı bildirilən saziş Əfqanıstan prezidenti tərəfindən "mənasız” deyə səciyyələndirilib. Bu açıqlamadan bir neçə saat əvvəl Kabildə "Taliban” tərəfindən NATO hərbi obyektinin və ABŞ səfirliyinin yaxınlığında avtomobilə yerləşdirilən bomba partladılıb. Nəticə aralarında biri amerikalı olmaqla iki əsgər, həmçinin azı 8 nəfər dinc sakin ölüb, 42 nəfər də yaralanıb.
Bu hücumu "Taliban”ın cinayəti olaraq səciyyələndirən prezident M.Ə.Qani beynəlxalq ictimaiyyəti həmin hərəkatın bu kimi əməllərinə səssiz qalmamağa çağırıb.
Sadalanan hadisələr Əfqanıstan hökumətilə "Taliban” hərəkatı arasında ilk birbaşa danışıqların başlamasının gözlənildiyi bir vaxtda baş verib.
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR