Əflatun Amaşov saytlar üçün şərtlər - Açıqladı

Əflatun Amaşov saytlar üçün şərtlər   - Açıqladı

Online medianın da Mətbuat Şurasına üzv olması istiqamətində irəliləyişlər var. Artıq 15-ə yaxın saytı Mətbuat Şurasının üzvüdür”.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Mətbuta Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O qeyd edib ki, Şuranın keçirdiyi iclaslarda qoyulan tələblərə uyğun gələn xəbər saytları rəhbərlik etdiyi quruma asanlıqla üzv ola bilirlər. 

“Bunula bağlı Mətbuat Şurası müəyyən təkliflər hazırlayır, iclaslarda sənədlər qəbul olunur.

Mətbuat Şurasına üzv olmaq üçün daxil olan ərizələrdə xəbər porotallarının sayı daha çoxdur. Ancaq müəyyən tələblər var ki, bu tələblər də yerinə yetirilməlidir.

Tələblər sayt rəhbərlərinin hüquqi şəxs olması, banklarda hesabının olması, əmək haqları barədə məlumatın verilməsi, redaksiya formasında fəaliyyət göstərməsi, saytın bir nəfərdən ibarət olmadığı haqqında məlumatlardır. Hamının riayyət etdiyi tələblər var, onlar əməl olunarsa həmin saytlar üzvlüyə götürə bilərlər. Eyni zamanda Mətbuat Şurası da araşdırma aparır, 1 ildən çox fəaliyyət göstərən saytların üzvümüz olması gündəmə gəlir və onlar çox asanlıqla da üzv ola bilirlər”.

Ə.Amaşov eyni zamanda parlamentdə çıxışların birində qaldırdığı təklif-xəbər saytlarına da dövlətdən vəsait ayrılması haqqında danışıb:

“Milli Məclisdə çıxışımda da xəbər saytların ölkənin ictimai-siyasi mühitində oynadığı rolu vurğuladım. İndiki şəraitdə xəbər saytlarının reklamdan maliyyələşməsini tam formalaşdırmamışıq və onlara da mətbuat vasitələri kimi yardım olunmasının zəruriliyini bildirmişəm. Bunun üzərində iş gedir. Bunun nə vaxt həyata keçirilməsi isə səlahiyyətli qurumların asılıdır”.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR