Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri dəyişdirildi - SİYAHI

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri dəyişdirildi - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Aktual.az
xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər.
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Dövlət Qulluğunu İdarəetmə Şurasının əvvəlki heyəti belə idi: 
Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
Süleyman İsmayılov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri
Yusif Hümbətov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Ağabala Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər müdiri
Əbülfəs Qarayev Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri
Seyfəddin Qəndilov (vəfat edib) Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR