Dövlət qulluğuna qəbulda test imtahanları ilə bağlı dəyişikliklər edildi

Dövlət qulluğuna qəbulda test imtahanları ilə bağlı dəyişikliklər edildi

Dövlət qulluğuna qəbul prosesində test imtahanları ilə bağlı dəyişikliklər edilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Vüqar Əsgərov deyib.

O bildirib ki, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq.

V. Əsgərov qeyd edib ki, vakant vəzifənin tutulması barədə qərar vakant vəzifələrin yarandığı gündən bir ay müddətinə verilir: "Vakant vəzifə daxili müsahibə nəticəsində tutulmadıqda 30 gün müddətində ümumi müsahibə barədə qərar qəbul edilir. Vakant vəzifə ümumi müsahibə nəticəsində tutulmadıqda müsabiqə keçirilir”.
 
Aktual.az 
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR