Dünyada 27 milyon insan bu bəladan əziyyət çəkir

Dünyada 27 milyon insan bu bəladan əziyyət çəkir

Dünyada təqribən 27 milyon insan narkotik asılılıqdan əziyyət çəkir.

Aktual.az atv.az-a istinadən bildirir ki, onların 12 milyonu iynə vuran narkomanlardır. 2014-cü ildə dozanı aşmaq və narkotiklərdən istifadə ilə bağlı digər səbəblər üzündən 207 min adam həlak olub. Bu məlumatlar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin yeni məruzəsində yer alıb. İynə vuran narkomanlar dünyanın bir çox ölkələrində lazımi tibbi yardımdan məhrumdur. Bu yanlış siyasət nəticəsində narkotikləri iynə ilə qəbul edən 12 milyon insanın 14 faizi QİÇS-ə yoluxub. 2014-cü ildə planetin 15-64 yaş arasında hər 20 sakinindən biri, yəni Almaniya, İtaliya, Böyük Britaniya və Fransa əhalisinin ümumi sayı qədər adam - 250 milyon hər hansı narkotik vasitə qəbul edib.

Dünyada ən geniş yayılmış narkotik vasitə həşişdir. 2014-cü ildə 183 milyon adam bu narkotikin istifadəçisi olub. Narkomanlar arasında populyarlığına görə ikinci yeri anfetaminlər tutur. Son vaxtlar Avropada heroinin populyarlığı artır. Bu narkotik vasitə əsasən "Balkan" marşrutu ilə daşınır. Əfqanıstanda hazırlanan opiatlar İran, Türkiyə və Cənub-Şərqi Avropa əraziləri ilə Qərbi və Mərkəzi Avropaya göndərilir. Amma son vaxtlar Əfqanıstandan "şimal marşrutu" ilə qonşu Mərkəzi Asiya ölkələrinə, Rusiya Federasiyasına və digər MDB ölkələrinə morfin və heroinin qanunsuz dövriyyəsinin fəallaşması müşahidə olunur. Heroin hələ də ən çox adam tələf edən narkotikdir. Son illər kokain istehlakında sabitlik müşahidə edilib. 2014-cü ildə kokain qəbul edən narkomanların sayı 18,8 milyona bərabər olub.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR