Dünya çempionu 29 yaşında öldü

Dünya çempionu 29 yaşında öldü
  • İDMAN

Kanadalı atlet, dünya çempionu Şon Barber 29 yaşında vəfat edib.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Akron Universitetinin atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idmançı uzun sürən xəstəlikdən sonra Kinqsvuddakı evində dünyasını dəyişib.
Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub. 2016-cı ilin yanvarında isə qapalı yarışda 6 m nəticə göstərərək, Kanada rekordunu yeniləyib.
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR