Donald Tramp noyabrın 11-də Vladimir Putin ilə görüşə bilər

Donald Tramp noyabrın 11-də Vladimir Putin ilə görüşə bilər
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp noyabrın 11-də Parisdə I Dünya müharibəsinin başa çatmasının 100 illiyi şərəfinə keçiriləcək tədbirlər çərçivəsində rusiyalı həmkarı Vladimir Putin ilə görüşə biləcəyini bildirib.


"Report” TASS-a istinadən xəbər verir ki, o bunu çərşənbə axşamı Ağ evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Görüş hələ təşkil olunmayıb, lakin ehtimal ki, biz görüşəcəyik", - deyə Tramp bildirib.

Bundan əvvəl Vladimir Putin Donald Trampa Parisdə görüşməyi təklif edib.

 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR