DİN dəhşətli qətllərlə bağlı məlumat yaydı

DİN dəhşətli qətllərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ölkədə törədilmiş dəhşətli qətl hadisələri ilə bağlı məlumat yayıb.
 
Aktual.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov ŞPŞ-yə gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.
 
ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən "AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.
 
Bundan başqa iyunun 9-da Masallı rayonunun Miyənkü kənd sakini Azər Ağayev iyunun 5-də saat 4 radələrində atası Etibarın və anası Rəfiqənin evdən çıxmaları və geri qayıtmadıqları barədə RPŞ-yə müraciət edib. Dərhal başlanan araşdırmalarla həmin vaxt A.Ağayevin yaşadığı Miyənkü kəndindəki evdə arvadı Bəstəgülün qaynatası Etibarı və qaynanası Rəfiqəni balta ilə qətlə yetirməsi, sonradan əri Azərlə birgə həyətdəki tövlədə basdırmaları müəyyən edilib.
 
Etibarın və Rəfiqənin meyitləri eksqumasiya edilib.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Ağayev və B.Ağayeva tutulublar.
 
Aktual.az 
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR