“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş aparılır” – XİN

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş aparılır” – XİN

Öz doğma torpaqlarında ermənilər təfərindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi ilə əlaqədar il ərzində Rusiya Federasiyası, ATƏT və Beynəlxalq Qızılxac Komitəsi ilə işlər davam etdirilib.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
H.Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000 minə yaxın azərbaycanlının itkin düşməsi məsələsi beynəlxaq təşkilatlarla müzakirə edilib.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR