Deputat seçiciləri və sahibkarları qəbul edib - FOTOLAR

Deputat seçiciləri və sahibkarları qəbul edib   - FOTOLAR

Deputat Nəriman Əliyev Masallıda görüşlər keçirib.

Aktual.az Editor.az-a istinadən  xəbər verir ki, millət vəkili görüşdə seçicilərin və sahibkarların problemlərini dinləyib. N.Əliyevə müraciət edən seçicilər və sahibkarlar qarşılaşdığı problemlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. 

Millət vəkili görüşdə qeyd edib ki, onların müraciətlərini müvafiq orqanlar qarşısında qaldıracaq. Deputat hər zaman seçicilərinin yanında olduğunu vurğulayıb. N.Əliyev görüşdə seçicilərin qaldırdığı kommunal və sosial problemlərin həlli ilə bağlı da fikirlərini dinləyib. 

Seçicilər deputatla görüşdə əsasən ünvanlı sosial yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı, təhsil, səhiyyə, ilə bağlı fikirlərini bildiriblər, müzakirərlər aparıblar. 

Bir sıra sakinlər banklarla bağlı yaranmış problemləri, kreditlərinin ödənməsində yaranan ciddi çətinliklər barədə də millət vəkilinə müraciət edərək məsələnin həllində dəstək göstərilməsini xahiş ediblər.

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR