“Deputat olmayanlar istirahətə gedəcək” – Yəhudi əsilli deputat

“Deputat olmayanlar istirahətə gedəcək”  – Yəhudi əsilli deputat

“Parlament seçkiləri çox yüksək səviyyədə keçiriləcək. Xalqın iradəsini əks etdirəcək. Layiqli, xalqın etimadını qazanmış namizədlər qalib olacaq”.

Bu sözləri Aktual.az-a danışan Milli Məclisin deputatı Yevda Abramov söyləyib.

Onun sözlərinə görə, seçkiöncəsi təxribatçı çağırışlar nəticəsiz qalacaq:

“Seçkilər yaxınlaşdıqca bəzi beynəlxalq təşkilatlar, o cümlədən daxildəki müxalif qüvvələr belə rəy yaratmağa çalışır ki, guya seçkilər saxta keçiriləcək. Bu yolla cəmiyyətdə süni narazılıq yaratmağa çalışırlar. Lakin unudurlar ki, bu metodlar artıq keçərli deyil. Seçkilərdən sonra onlar növbəti dəfə məyus olacaqlar. Danışmağa sözləri olmayacaq. Ağızlarına su alıb oturacaqlar. Öz növbəsində seçkilər çox yüksək səviyyədə keçiriləcək. Kim layiqdirsə, o da deputat olacaq. Hazırki deputatlardan kimlər deputat seçilməsə, istirahətə gedəcək. Heç kim və heç nə əbədi deyil. Parlament kiminsə boyuna ölçülməyib”.

Adnan/Aktual.az

Xəbər 2692 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR