Dəmiryol sistemi hakerlərin hücumuna məruz qaldı

Dəmiryol sistemi hakerlərin hücumuna məruz qaldı

Almaniyada ölkənin aparıcı dəmiryol operatoru "Deutsche Bahn”ın kompüter sistemləri hakerlərin hücumuna məruz qalıb.

Aktual.az  xəbər verir ki, zərərverici proqram Frankfurt və Noyştadt şəhərlərinin vağzallarında monitorları sıradan çıxarıb.
Ötən gün 74 ölkədə müxtəlif təşkilatlara ümumilikdə 45 min haker hücumu qeydə alınıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici "WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub. Məlumata əsasən, hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin istifadə etdiyi casus proqram təminatından istifadə ediblər. (apa)
 
Aktual.az
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR