“Dəmir ledi”nin əşyaları hərracda – Prezidentin 403 minlik hədiyyəsi

“Dəmir ledi”nin əşyaları hərracda   – Prezidentin 403 minlik hədiyyəsi
  • DÜNYA

Böyük Britaniyanın ilk qadın naziri “Dəmir ledi” Marqarit Tetçerin əşyaları satışa çıxarılıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Londonda hərraca çıxarılan əşyaların sayı 186 ədəd olub.
Əşyaların ümumi dəyəri isə 4,9 milyon dollara bərabər olub. Auksionu dünyanın hər yerindən internet vasitəsi
ilə izləmək imkanı yaradılıb.

Ən qiymətli əşya olaraq isə ABŞ-ın simvolu ağbaşlı qartal heykəli olub ki, bu da 403,7 min dollara satılıb.
Heykəl Marqarit Tetçerə ABŞ prezidenti olmuş Ronald Reyqan tərəfindən 1984-cü ildə hədiyyə olunub.

İkinci bahalı əşya isə keçmiş baş nazirin qırmızı portfeli olub. Məlumata görə, “Dəmir ledi” bütün siyasi-
diplomatik sənədlərini bu portfeldə daşıyırmış. Bu portfel isə 367 min dollara satılıb.

Ən baha satılan 3-cü əşya isə Tetçerin boyunbağısı olub. 240 min dollara satılan boyunbağı Brilliant qaşlarla
bəzədilib.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR