Danimarka ordusunun yanacağı Rusiyadan gəlirmiş

Danimarka ordusunun yanacağı Rusiyadan gəlirmiş

Danimarka Hərbi Hava Qüvvələrinin təyyarələrinin istifadə etdiyi yanacağın ən azı bir hissəsi, Rusiyadan gəlir.
Aktual.az xəbər verir ki, bu barədə "Danwatch” və "Ekstra Bladet” saytarının birgə materialında deyilir.

Məlum olub ki, Danimarka Hərbi Hava Qüvvələri üçün alınan təxminən 2 milyon litr təyyarə yanacağının bir hissəsi Rusiya mənşəlidir.
Saytların əldə etdiyi bir sıra sənədlər tədarükçülərin yanacağın bir hissəsini İstanbul hava limanında və Türkiyənin BP şirkətindən aldığını göstərir.
"Datadesk” analitik şirkətinin məlumatlarna əsasən, bu şirkət "Rosneft”in pay sahibi olduğu Hindistanın "Nayara Energy” ilə ticarət edir.
BP jurnalistlərin konkret sorğusunu şərh etmək istəməyib, lakin keçmişdə şirkət "Nayara Energy” ilə əməkdaşlığını inkar etməyib.

Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR