"Üçtərəfli formatda görüşlər regional əməkdaşlığa imkan yaradır" - Mövlud Çavuşoğlu


"Üçtərəfli formatda bu cür görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan verir".

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündə deyib.
Görüş zamanı tərəflər belə formatlı əməkdaşlığın və xüsusilə energetika, nəqliyyat və digər sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
M.Çavuşoğlu deyib ki, Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ikinci görüşünün gələn il Pakistanda keçirilməsi planlaşdırılır.
 
Aktual.az
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR