“Cəsarətin çatırsa tituldan yox, dövlətin verdiyi evdən imtina elə!” – Deputatdan Cəmil Həsənliyə sərt sözlər...

“Cəsarətin çatırsa tituldan yox, dövlətin verdiyi evdən imtina elə!” – Deputatdan Cəmil Həsənliyə sərt sözlər...

Yeni oxudum. Cəmil Həsənli "Əməkdar müəllim” adından imtina edib və bu imtinanı belə əsaslandırıb ki, ölkədə insan hüquq və azadlıqları pozulur. Statusun altından isə "n” qədər şərh gəlib. Qaraguruh yığını bir ağızdan xorla "eşq olsun” yazıb.

İlk öncə bir neçə sualla mövzuya körpü salaq: Fəxri addan imtinanın realizəsi, başvurdusu, proseduru necə olur? Cəmil Həsənli hansısa quruma ərizə yazıbmı? Harasa rəsmi müraciət ünvanlayıbmı? Və ümumiyyətlə bu işin bir təməl qayda- üsulu varmı? 

Yoxsa feysbuk üzərindən bir-iki cümlə yazdın, tirajladın, artistlik elədin, məsələ bitirmi? Geridə qalan söhbətlər da öz axarı ilə gedir işinin dalıncamı? 
 

***


Prezident seçkiləri öncəsi keçirilən tele-debatda Əli Əhmədov bircə sənədlə bu nanəcibi ifşa etmişdi. Saxta pensiya aldığına görə. Üstəlik, bildiyim qədərilə Cəmil Həsənli seçkidən sonra da qapı-qapı düşərək hamıdan xahiş edibmiş ki, həmin pensiyaya dəyməsinlər. Amma alınmayıb. Yəni, bu bəyin puldan-paradan imtina ilə işi yoxdur. İmtinası ancaq pulsuz işlərlə bağlıdır.

2005-ci ildə Əli Kərimlinin quldurbaşı olduğu Partiya qərar vermişdi ki, Parlamenti boykot edirik və seçkidə sıralarımızdan qalib gələnlər ya təşkilatı seçsinlər ya da Milli Məclisi. Cəmil Həsənli həmin vaxt Kərimliyə əl yelləyib partiyadan çıxdı. Daha doğrusu qovuldu. Hətta yaxın çevrələrdə də söyləyirmiş ki, AXCP-nin quru divarları nəyimə lazımdı, gedib normal maaşımı alaram, başıma çarə qılaram. Əlqərəz, özünü daim ideya adamı kimi təqdim edən bu saxtakar onda da imtina eləməyi bacarmayıb.   

Cəmil Həsənli bir vaxtlar həbsdə olan keçmiş nazirin vəkilliyini edərkən də ortalıqda nəsə yeyinti söhbəti olub. Lap dəqiq desəm, vəkilə, mediaya, xarici təşkilatlara çatası pulun üstündən əməllicə çırpışdırıb, "makler” faizindən daha artığını götürüb. Üstəlik, bunu ona sübut da ediblər. Sifətinə yüz söz deyiblər. Pulu geri gətirməyini, kişi olmağını, dürüstcə davranmağını tələb ediblər. Amma həbsdəki nazirin məlum  tələbi qoyan nümayəndələri bir məqamı nəzərə almayıblar ki, kişilik, dürüstlük adında ifadələr Cəmillə tərs mütənasibdir, antonimdir.  Və nəhayətində adam yüz sözü götürüb, min tənəni həzm edib, amma pulu qaytarmayıb. Ortada maddi marağı olduğu üçün vicdansızlığından, riyakarlığından imtina etməyib.

Nəhayət. Cəmil Həsənli deputat olduğu vaxtlarda dövlətdən saray kimi bir mənzil alıb. Hədiyyə! Keçmiş Vergilər Nazirliyinin arxasında yerləşir və mənzil o qədər böyükdür ki, 3 otağı obyekt kimi icarəyə verilib. Hətta zənnim məni aldatmırsa, 2-sində hansısa qeyri-hökümət təşkilatı oturur. Və...çox maraqlıdır, Cəmil həmin evdən niyə imtina etmir? Daha dəqiqi: adam belə cəsarətlidirsə, şeytanın siyasətdəki prototipi həqiqətən prinsipialdırsa ilk öncə elə məhz həmin evdən imtina etməli idi. Deyilmi? Etdimi? – Yox, təbii. Edərmi? - Əsla. Bu siyasi qolçomaq pul-para, əmlak, obyekt, maddiyyat olan yerdə heç zaman heç nədən imtina eləməz! Zatən elə əməkdar müəllim adı ilə də bağlı Cəmilin düşündüyü ilk məqam o olub ki, biznes deyil, pensiya deyil, ayın başında pul gətirən obyekt deyil. İmtina edim getsin. Sonra da sosial şəbəkələrdə özümü artistliyə qoyub sirk nömrələri göstərim. Üstəlik, adamın başı xarici kəşfiyyatlara satılmağa, London küçələrində bomjluq eləməyə o qədər qarışıb ki, bəlkə hətta özünün əməkdar müəllim olduğunu belə unudub, təsadüfən vəsiqə-filan qarşısına çıxıb, xatırlayıb və bu minvalla da yenə publikaya işləməyə, özündən yalançı qəhrəman obrazı düzəltməyə qərar verib.
 

***


 Cəmil Həsənli ilə bağlı aldığım ən son xəbər isə bəyin son günlər Şotlandiyaya sıx-sıx səfərlər etməsi, bunun biznes məqsədli olması, daha konkret söyləsəm: orada şüşə zavodu açması ilə bağlıdır. Nə deyim. Xəbər hər rakursdan təzadlı görünə bilər. Amma bütün hallarda qarışacağımız məsələ deyil. Lap uzağı məqama uyğun adekvat tövsiyyə verə bilərik. Ki, biznesi də tarixçiliyinin, siyasətçiliyinin gününə salmasın. Vəssalam.

Hə, bir də ümidim sonsuzdur. Bəyin tezliklə şotland qaydalarına uyğunlaşması, şotland adət-ənənələrini mənimsəməsi ilə bağlı. Əsas da geyim məsələsində.

Cəmilə onların tərzi çox yaraşar.

Elşən Musayev, Milli Məclisin deputatı.  

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR