Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

Cəlilabad rayonunda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib. 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.
Məlum olub ki, 1973-cü il təvəllüdlü Mehman Zeynalov yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul etməsi nəticəsində ölüb. Onun meyiti bir gündən sonra aşkarlanıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR