Cəbhəyanı ərazilərə əlavə həkim briqadaları göndərilib - Nazirlik

Cəbhəyanı ərazilərə əlavə  həkim briqadaları göndərilib   - Nazirlik

Səhiyyə naziri cəbhəyanı ərazilərə əlavə səyyar həkim briqadalarının göndərilməsi ilə bağlı göstəriş verib.


Aktual.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən xəbərə görə, cəbhəyanı bölgələrdə əsgərlərə, mülki vətəndaşlara, yaralılara yardım göstərmək üçün ilkin olaraq 6 briqada əraziyə göndərilib. Həmin briqadalar vəziyyəti yerində araşdırmaq, bütün yaralılara yardım göstərmək, xəstələrə kömək etmək kimi xidmətlər göstərəcək. Bu səyyar həkim briqadaları bütün lazımi tibbi avadanlıq və dərman preparatları ilə təmin edilib.

Ehtiyac olduğu halda həmin briqadaların sayının artırılması da nəzərdə tutulur.
Sosial səhifələrdə paylaş

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR