Cəbhədə döyüşən ermənilərə pul verilir - Bir günə 10 dollar

Cəbhədə döyüşən ermənilərə pul verilir   - Bir günə 10 dollar

Dağlıq Qarabağdakı seperatçı rejim cəbhə xəttində xidmət edən könüllülərə pul ödəməyə başlayır. 

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma rejimin baş nazirinin mətbuat katibi Artak Beqlaryan məlumat verib. Onun sözlərinə görə, Ermənistan ordusuna könüllü yazılaraq cəbhə xəttində xidmət edəcək şəxslərə gündəlik 5000 dram (təxminən 10,4 dollar) ödəniləcək. 

Artak Beqlaryan bildirib ki, maliyyə dəstəyi ilk növbədə işsiz vətəndaşlara, həmçinin əmək haqqı 150 min dramdan aşağı olan dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının işçilərinə, dövlət idarə və müəssisələrinin, habelə bir sıra iri təşkilatların işçilərinə veriləcək. 

Beqlaryanın sözlərinə görə, hökumət könüllülərin kredit borcu olan banklarla da razılığa gəlib. Bu razılaşmaya əsasən, könüllülərə kredit borcunu ödəmək müddətinin uzadılması imkanı veriləcək.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR