"Cəbhə xəttində cəsədlərin axtarışı hələ davam edəcək"


Təmas xəttində cəsədlərin axtarılması və mübadiləsi hələ 1-2 gün də davam edəcək. Anspress-in məlumatına görə, bu barədə qondarma rejimin nümayəndəsi bildirib.
 
"Bəli, bu gün də axtarış həyata keçiriləcək və tam başa çatmayanadək davam edə bilər", - deyə David Babayan bildirib.
 
Onun sözlərinə görə, cəsədlərin çoxu neytral zonada, bəzən düz cəbhə xəttindədir. "Ona görə də əlavə təhlükəsizlik tədbirləri lazımdır ki, müvafiq qurumlar həmin cəsədləri götürə bilsinlər", - deyə Babayan əlavə edib. Bununla da qondarma rejimin nümayəndəsi itkilərinin sayının açıqladıqları rəqəmlərdən dəfələrlə çox olduğunu etiraf etmiş olub. 
 
O həmçinin qeyd edib ki, hazırda cəsədlərin sayı, adları haqqında heç bir məlumat açıqlanmır. 1-2 gün də davam edən axtarışlardan sonra tam siyahı verilə bilər. 
 
Ötən gün saat 15:00-dan aprel ayının 2-dən başlayaraq 5-dək davam edən Azərbaycanın işğal edilən ərazilərində aparılan döyüşlər nəticəsində döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanılıb.
 
Bu məqsədlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları təmas xəttinə gedib. ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib. 
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR