“Caliber”: “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri - Gələcəyə qayıdış” (VİDEO)

“Caliber”: “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri - Gələcəyə qayıdış” (VİDEO)

Martın 22-də Özbəkistanın Termiz poliqonunda Türkiyə-Özbəkistan birgə hərbi təlimləri start götürüb.

Bu barədə "Caliber” layihəsinin "Youtube” hesabında yayımlanan "Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri – Gələcəyə qayıdış” adlı təhlilində qeyd olunub.

Təlimlər hər iki ölkənin Müdafiə Nazirliklərinin ikitərəfli hərbi əməkdaşlıq planına uyğun keçirilir və martın 27-dək davam edəcək. İki ölkənin silahlı qüvvələri təlimlər çərçivəsində yaxın döyüş, çətin şəraitdə sağ qalma və digər elementləri məşq ediblər.

Təhlildə Türkiyənin türkdilli dövlətlərlə hərbi sahədə əməkdaşlığı genişləndirməsi, Azərbaycanın da dəstəyi ilə Türk Şurası çərçivəsində atılan mühüm addımlardan bəhs olunub, Özbəkistanın Türkiyənin hərbi sahədəki təcrübəsini öyrənməkdə maraqlı olması və s. ətraflı şərh olunub.

Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR