“Buta Airways” Ankarada eniş edən təyyarə ilə bağlı açıqlama yayıb

“Buta Airways” Ankarada eniş edən təyyarə ilə bağlı açıqlama yayıb

"Buta Airways" J2-9103 nömrəli reysində hava gəmisinin Ankarada enməsi ilə bağlı açıqlama yayıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, açıqlamada deyilir: "Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib".
Əlavə olaraq qeyd olunub ki, Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR