Bulvarda intihar edən kişinin cəsədi yoxa çıxdı

Bulvarda intihar edən kişinin cəsədi yoxa çıxdı

Bulvar ərazisində 45 yaşlı Nadirov İbrahim Musa oğlu özünü dənizə atıb.


Aktual.az bildirir ki, bu barədə anspress-ə bulvar idarəsinin əməkdaşları məlumat veriblər. Məlumat əsasında əraziyə FHN-in dövlət sulardan xilas etmə xidməti və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Polislərin verdiyi məlumata görə, özünü dənizə atan şəxs əvvəlcədən gödəkçəsini və mobil telefonunu kənara qoyub. Daha sonra bir məktub da yazıb. Bütün bunlardan sonra 45 yaşlı Lənkəran rayon sakini İbrahim Nadirov özünü dənizə atmaqla həyatına qəsd edib.

Axtarış tədbirləri dəniz və sahilboyu paralel olaraq həyata keçirilir. Dalğıcların suda bir neçə müddət axtarış işləri aparmasına baxmayaraq 45 yaşlı kişinin heç bir izinə rast gələ bilməyiblər.

Əlverişsiz hava şəraiti olduğundan axtarış işləri gecə saatlarında yalnız motorlu qayıq vasitəsilə aparılacaq. Səhər saatlarından isə əraziyə bir neçə qrupdan ibarət dalğıcın cəlb olunacağı bildirildi.

Özünü dənizə atan İbrahim Nadirovun yazdığı məktubun mətni ilə bağlı isə hazırda polis müvafiq araşdırmalar aparır.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR