Aktual.az Report-a istinadən xəbər verir ki , bununla bağlı qərarı baş nazir Artur Razi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin də (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.