Bu rayonun 1 qəsəbəsi və 9 kəndi qazsız qaldı

Bu rayonun 1 qəsəbəsi və 9 kəndi qazsız qaldı

Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Tüklə QPS” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin Təmiz Qaz QSC tərəfindən əvəzlənməsi ilə bağlı aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər 92 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR