Bu müəllimlər imtahana cəlb olunacaqlar

Bu müəllimlər imtahana cəlb olunacaqlar

İndiyədək bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan dövlət ümumi təhsil müəssisələrinin müəllimləri imtahan olunacaqlar.

Aktual.az-ın Modern.az-a istinadən məlumatına görə, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün 8-10 sentyabr tarixlərində imtahan təşkil ediləcək.

Diaqnostik qiymətləndirilməyə cəlb edilən müəllimlər üçün proses yalnız test imtahanı mərhələsindən ibarətdir. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.

Prosesin təşkilində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, onların peşəkar inkişafına dəstək olmaq və əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır.

Qeyd edək ki, 2013 - 2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış və əməkhaqlarında artımlar edilmişdir.

Ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmadığından onların əməkhaqlarına artımların tətbiq edilməsi mümkün olmayıb.

8-10 sentyabr tarixlərində təşkil olunacaq imtahanlara indiyədək diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş müəllimlər cəlb edilməyəcək.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR