Bu gün və ya sabah əfv olacaq

Bu gün və ya sabah əfv olacaq

Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

“Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir”,-deyə Ə.Nuriyev vurğulayıb.

Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: “Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq, sərəncamın nə zaman imzalanacağından xəbərsizəm”.

Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR