Bu gün hansı rayonlarda qaz kəsiləcək?

Bu gün hansı rayonlarda qaz kəsiləcək?

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, Astara magistral qaz kəmərləri sahəsinin “Qaratəpə”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, saat 11:00-dan 16:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin “Katex”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Aktual.az  xəbər verir ki, eləcə də Bakının Yeni Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, həmçinin Abşeron, Quba, Mingəçevir və Goranboy rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.Təmir müddətində Şəmkir rayonunun Seyfəli, Göygöl rayonunun Nadel, Almədətli və Quşqara, Balakən rayonunun Katex və Beretbinə, Saatlı rayonunun Qarayevkənd və Fətəlikənd, Sabirabad rayonunun Şəhriyar və Xəlfəli kəndlərinin qaz təchizatında da məhdudiyyətlər olacaq. 

Aparılan işlərin Suraxanı rayonunun Yeni Suraxanı və Ramanı qəsəbəsində, Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Şüvəlan, Mərdəkan qəsəbələrində və Xaşa-Xuna bağ massivində, Abşeron rayonunun Müşviqabad və Pirəküşkül qəsəbələrində, Quba rayon mərkəzi və Qırmızı qəsəbəsində, Goranboy rayonunun, həmçinin Mingəçevir şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaradacağı, eləcə də Tərtər rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR