Bu fənn üzrə imtahan nəticələri 2 il - Etibarlı sayılacaq

Bu fənn üzrə imtahan nəticələri 2 il   - Etibarlı sayılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, komissiyadan verilən məlumata görə, abituriyentlərin ixtisas seçimi, müsabiqədə iştirak etmək və bütövlükdə ali təhsil almaq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi məqsədilə qəbul qaydalarında vacib yeniliklər edilib. Bu ildən başlayaraq, qəbul imtahanını rus dilində verən və Azərbaycan dili fənnindən “məqbul” alan abituriyentlərin imtahan nəticələri ardıcıl iki tədris ili üçün (cari və növbəti) etibarlı sayılacaq, onlar bu nəticə əsasında qəbul kapmaniyasında iştirak edə biləcəklər. Növbəti yenilik bir neçə ixtisasın bir qrupdan digərinə keçirilməsidir. Belə ki, əvvəllər I ixtisas qrupuna daxil olan “Dizayn” (memarlıq və dizayn istiqaməti) ixtisası V ixtisas qrupuna, II ixtisas qrupuna daxil olan “Geodeziya və xəritəçilik mühəndisliyi və Yer quruluşu”, “Torpaq və şəhər kadastrı” ixtisasları isə I ixtisas qrupuna keçirilib.

Jurnalda xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Azərbaycan Respublikasının Ali Hərbi Məktəblərinə, Tibb Universitetinin Hərbi həkim işi ixtisasına, Hərbi Tibb Məktəbinə, Hərbi Liseylərə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Daxili Qoşunların Ali Hərbi Məktəbinə də qəbul qaydaları dərc olunub.

Qeyd edək ki, “Abituriyent” jurnalının 1-ci sayında qəbul qaydaları ilə yanaşı, qəbul proqramları da açıqlanıb.

Komissiyadan bildirilib ki, ai təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanı proqramları bölməsinali təhsil müəssisələrinə, hərbi liseylərə imtahan fənləri üzrə qəbul proqramları, ümumi və tam orta təhsil üzrə buraxılış imtahanı proqramları təqdim edilib. Hər bir fənn üzrə qəbul proqramında öyrənilməsi zəruri olan tədris materiallarının mövzu dairəsi, həcmi, ardıcıllığı, sistemi, ədəbiyyat siyahısı və s. əks olunub. Qəbul proqramları ümumtəhsil məktəblərinin tədris proqramları və müvafiq dərslikləri əsasında hazırlanıb. Bununla belə, məktəb proqramlarından fərqli olaraq, qəbul proqramlarında aşağı siniflərdə keçilən bazis mövzular yuxarı siniflərdə tədris olunan müvafiq mövzularla üzvi surətdə birləşdirilərək vahid sistem halında verilib.

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR