Bişkekdə 15 nəfər soyuqdan ölüb

Bişkekdə 15 nəfər soyuqdan ölüb
  • DÜNYA

 

Yanvar ayı ərzində Qırğızıstanın paytaxtı Bişkekdə havanın kəskin soyuması ilə əlaqədar 15 nəfər ölüb

 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Bişkek şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir.
 
Bildirilir ki, Bişkek hüquq-mühafizə orqanları anomal şaxtalarla əlaqədar küçələrdə donmuş insanların aşkar edilməsi ilə bağlı gündəlik reydlər keçirir. İndiyə kimi küçədə donan 85 nəfər sosial sığınacağa yerləşdirilib.
 
Qeyd edək ki, yanvarın 24-dən Qırğızıstan Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində havanın kəskin soyunması ilə əlaqədar xəbərdarlıq yayıb. Sinoptiklərin məlumatına görə, bu gündən etibarən Qırğızıstanın dağlıq rayonlarında havanın temperaturu mənfi 45 dərəcəyə düşə bilər.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR