“Bir azdan bomba partlayacaq...” - İstanbuldakı terrorun təfərrüatı

“Bir azdan bomba partlayacaq...”   - İstanbuldakı terrorun təfərrüatı

Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən terror aktının təfərrüatlar məlum olub. 

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, terrorçular itkini artırmaq üçün xain tələ qurublar. İddialara görə, “x ray” cihazından keçərək içəriyə daxil olan terrorçu “bir az sonra burada bomba partlayacaq” deyərək qışqırıb. 
Terrorçunun qışqırığından təşvişə düşən sərnişinlər hava limanının qapılarına doğru axın edərkən qapıda gözləyən başqa bir terrorçu əvvəlcə insanları güllələyib, daha sonra bombanı partladıb.

Partlayış hava limanının işçi heyətinin çıxış vaxtına təsadüf etdiyi üçün ölən və yaralananların sayı daha çox olub.

Xatırladaq ki, ötən gecə 3 terrorçu əvvəlcə uzun lüləli silahlarla vətəndaşlara və polisə atəş açıb, daha sonra üstlərində olan bombanı partladıb. Dəhşətli terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR