Binəqədidə xəstəxana və məktəblərdə çalışanların şəxsiyyət vəsiqələrini kim yığdırır?

Binəqədidə xəstəxana və məktəblərdə çalışanların şəxsiyyət vəsiqələrini kim yığdırır?

"9 saylı Binəqədi ikinci seçki dairəsi ərazisində qeydiyyatda olan bəzi büdcə təşkilatlarında (xəstəxana, poliklinika, məktəb) çalışan seçicilərin şəxsiyyət vəsiqələri yığılıb".
 
Aktual.az
xəbər verir ki, bu sözləri 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərova feysbuk səhifəsində yazıb. 
 
"Həmin vəsiqələr hakim partiya namizədinin tabeçiliyində olan, amma rayon ərazisində qeydiyyatda olmayan insanlara paylanılır. Demişdilər və tapşırıq almışdılar ki, ənənəvi üsulla saxtakarlıq etməyin. Topa bülleten və karusel yerinə yeni metod tapılıb. Bunu da ifşa edəcəyik"-deyə, G. Səfərova yazıb. 
 
Günel Səfərova məsələ ilə bağlı birinci gün Binəqədi ikinci DSK-ya şikayət ediləcəyini bildirib. 
 
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizədi Kamaləddin Qafarovdur. 
 
Kamaləddin Qafarov 2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O eyni zamanda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir.
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR