Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayım zamanı parkda 87 baş ceyran qeydə alınıb.
Bunu Aktual.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmitinin rəsmisi Arzu Babayeva Ağgöl Milli Parkına mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Xidmət rəsmisinin sözlərinə görə, hazırkı vaxtda milli parkda balalama dövrünü yaşayan xeyli sayda dişi fərd müşahidə olunur. Bu o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir.

Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR