Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü

Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində baş verib.
Kənd sakini, 2012-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR