Beyləqanda döyülərək küçəyə atılan 18 yaşlı qız ölüb

Beyləqanda döyülərək küçəyə atılan 18 yaşlı qız ölüb

Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan qız ölüb.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, oktyabrın 8-də ağır vəziyyətdə xəstəxanaya gətirilən, rayonun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.
Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.

Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR