Berti Foqts yenidən Azərbaycana gəlir

Berti Foqts yenidən Azərbaycana gəlir

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gələcək.

Aktual.az  "Report"a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis martın 26-da Azərbaycan və Almaniya yığmaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.
O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək. Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.
Qeyd edək ki, Berti Foqts 1990 - 1998-ci illərdə Almaniya, 2008 - 2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub.
 
Aktual.az 
Xəbər 628 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR