Bekhem cəngavər oldu

Bekhem cəngavər oldu
  • İDMAN

Futbol tarixinin məşhur simalarından biri Devid Bekhem dünya şöhrətli rejissor Qay Riçinin kral Artura həsr olunan filmində epizodik rola çəkilib.

Publika.az xəbər verir ki, İngiltərə futbolunun canlı əfsanəsi filmdə “qaşqabaqlı cəngavər” obrazını canlandırıb. Bekhem çəkilişdən əvvəl xeyli məşq etdiyini bildirib. O, rolun ifasına görə ünvanına gələcək tənqidlərə də hazır olduğunu vurğulayıb:

“Bu sahədə kifayət qədər təcrübə qazanmadan böyük addımlar atmayacam. Düzünü deyim ki, bu sənət xoşuma gəlir”.

“Dəyirmi masanın cəngavərləri: Kral Artur” filminin təqdimatı gələn ilin yayına planlaşdırılır.

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR